Azərbaycan cüdoçusu Fidan Əlizadə (57 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.Metbuat.az-ın məlumatına görə, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əlizadə Azərbaycanın aktivinə ikinci qızıl medalı yazıdırıb.O, finalda gürcüstanlı Nino Loladzeni üstələyib. Qeyd edək ki, daha öncə Könül Əliyeva (48 kq) qızıl medala sahib çıxıb. Nizami İmranov (60 kq) isə gümüş medalla kifayətlənib.Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.