RU

ABŞ altı rusiyalını Ukrayna və NATO-ya kiberhücumlarda ittiham edib

ABŞ Ədliyyə Nazirliyi altı rusiyalını Ukrayna və NATO ölkələrinə kiberhücumlarda ittiham edib. "Yeni Azərbaycan" xəbər verir ki, mesaj departamentin saytında dərc olunub.

Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin 5 zabiti və əvvəllər ittiham olunan bir Rusiya vətəndaşı Amin Stiqalın Ukraynada kritik infrastruktura haker hücumlarında iştirak etdiyi iddia edilir. ABŞ Ədliyyə Nazirliyi hesab edir ki, sonradan həmin Rusiya vətəndaşları NATO ölkələrinin hökumət sistemlərinə hücum ediblər.

Qeyd edək ki, bundan əvvəl ABŞ Ədliyyə Departamenti qiyabi olaraq Steaqlı Ukraynanın bir sıra dövlət qurumlarının kompüter sistemlərini sındırmaq və məhv etmək cəhdində ittiham etmişdi. Departament aydınlaşdırıb ki, guya Ukrayna Xarici İşlər Nazirliyi və Energetika Nazirliyinin serverlərinə hücum edilib.


Havar Şəfiyeva

Избранный
173
50
yeniazerbaycan.com

10Источники