Rəşad ErgünFernandu Santuşu Əzrayılla görüşə hazırlaşarkən, təqaüd dövründə pul qazanmaq hərisliyi üzındən Azərbaycan futbolunu və Azərbaycan millisini tanımaq “eşq”inə görə qınamalı olsaq da, İsveçə məğlubiyyətin günahını onun yorğun çiyinlərinə yükləmək insafsızlıq olar. Santuş Ramil Şeydayevi dəyişə, Elvin Cəfərquliyevin, Ceyhun Nuriyevin potensialını aça bilməz. Çünki zatən açılıb – potensialları. Nələri varsa, budur, ortadadır. Portuqaliyadan gələn bu ağsaqqal Ramili, Elvini, Ceyhunu, Toralı, Renatı, Rüstəmi bizdən yaxşı tanıyır? Biz illərdir bu adamların qaçırdıqları və və rəqib üçün yaratdıqları qol epizodlarına görə başımıza-gözümüzə döyürük. Santuş bizim illərdir yaşadıqlarımızı indi, bu gün, bu gecə yaşadı. O da, bəlkə, o da, Avropa çempionu olduqdan sonra Azərbaycan millisi ilə Millətlər Liqasının hansısa oyununda az da olsa, qələbə qazanmaq istəyi, ehtirası qalıbsa.Bilirəm, bu sətirləri oxuyan əziz oxucu, Santuşun yerində sən də olsan, mən də olsam, İsveçə məğlubiyyəti bacarardıq. Hərr kəsin məğlub olmaq üçün bir ətək verib o boooyda ağsaqqal kişini, Avropa çempionunu, Kriştiano Ronaldonun baş məşqçisi olmuş birini Portuqaliyadan bura gətirməyi sorğulamaq arzusunu da anlayıram. Amma inanın, Santuş yox, Əhməd, Məmməd, İvan, Conatan da Azərbaycan millisinin baş məşqçisi olsa, mənzərə dəyişməyəcəkdi. Kimsə deyirsə ki, günah Santuşda, Əhməddə, Məmməddə, İvanda, Conatandadır, yalandır. Azərbaycan futbolunda sonuncu daş atılmalı adam Azərbaycan millisinin baş məşqçisidir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта