Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkədə əcnəbilərin dövlət sərhədindən keçirilməsinə gücləndirilmiş nəzarət rejimi aradan qaldırılana qədər vətəndaşlarına Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Rusiya ərazisində tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərinin və əcnəbi vətəndaşların dövlət sərhədindən keçməsinə nəzarətin gücləndirilməsi rejiminin davam etdirilməsi ilə əlaqədar olaraq, onun ərazisinə getməkdən müvəqqəti çəkinmək tövsiyə olunur”, – deyə məlumatda bildirilir. .
Tövsiyə “Rusiyaya girmək üçün əsaslı səbəbləri olmayan” Qırğızıstan vətəndaşlarına aiddir”, – deyə departament aydınlaşdırıb.