RU

Mütəxəssislər kosmosla bağlı sualları cavablandırıblar

Mütəxəssislər

“Kosmosun soyuq olduğu yəqin ki, hər kəsə bəllidir, amma öncə kosmik kostyuma baxmaq və onun xüsusiyyətlərini öyrənmək lazımdır. Azyaşlı uşaqlar və yeniyetmələr düşünür ki, kosmosda astronavtın kürək hissəsinə birləşdirilən, onun daşıdığı bel çantasının içərisindəki istilik sistemidir, lakin bu fikir tamamilə yanlışdır”.

Reyting.az
xəbər verir ki, bunu rusiyalı mütəxəssislər kosmosla və kosmonavtların geyimləri ilə maraqlanan uşaqların "Kosmos soyuqdur, yoxsa isti?" sualını cavablandırarkən deyiblər.

Onların sözlərinə görə, əksəriyyətin düşündüyü kimi, dəfələrlə kosmosa uçan astronavtlar üçün nəzərdə tutulan skafandrlarda xüsusi olaraq istilik sistemi quraşdırılmayıb, ancaq büna baxmayaraq onun soyutma sistemi çox təsiredicidir. Elə isə daha bir sual da ortaya çıxır: bəs, bu nə üçündür?

Uşaqlara verilən yığcam cavada deyilir:

"Əziz dostlar, bu sualın da cavabı əslində çox sadədir, çünki astronavtın ətrafında həmişə boşluq, vakuum var. Onu da bilin ki, həmin vakuum bəlkə də dünyanın ən yaxşı istilik izolyatorudur. Müqayisə üçün deyək ki, həmin funksiyanı məcazi olaraq hətta ideal "Xəz palto" da adlandırmaq olar.

İnsan və əməliyyat sistemləri tərəfindən skafandrın içərisində əmələ gələn istilik, həmçinin xaricdən və xüsusilə günəşdəngələn istiliyin isə sadəcə "qaçmağa" yeri olmur. Unutmayın, əgər soyutma sistemi olmasaydı, faciə baş verərdi və astronavt skafandrda sözün əsl mənasında yəqin ki, 5-10 dəqiqə ərzində bişib məhv olardı".

Oqtay QORÇU
Избранный
163
reyting.az

1Источники