RU

Paris Olimpiadasında yarışan atletin üzərinə benzin tökərək yandırıblar

Paris

Paris Olimpiadasında iştirak etmiş Uqanda marafonçusu, 33 yaşlı Rebeca Çepteqa sevgilisi tərəfindən üzərinə benzin tökülərək yandırılıb.

Reyting.az
xəbər verir ki, qadınlara qarşı zorakılığın son dəhşətli nümunəsi Şərqi Afrika ölkəsi Keniyada qeydə alınıb.

Bu yay Paris Olimpiadasında qadınlar arasında marafonda 44-cü yeri tutan uqandalı qaçışçı R. Çepteqa yaşadığı Keniyada sevgilisi Dikson Nidema Maranqaç tərəfindən öldürülüb.

Qeyd edilir ki, cütlük tez-tez idmançının Keniyada ev aldığı və ev tikdiyi torpaqla bağlı mübahisə edib. Daha sonra Dikson Nidema idmançının üzərinə benzin tökərək yandırıb. Vəhşiliyin Çepteqayın evinin qarşısında baş verdiyi, idmançının iki qızının da hücumun şahidi olduğu bildirilir.

İdmançını yandıran təcavüzkar xəsarətlər alsa da, sağ qalıb.

Uqanda Atletika Federasiyası açıqlama ilə çıxış edib: “Ailə zorakılığının qurbanı olan Çepteqenin ölümü böyük kədərə səbəb oldu. Biz hücumu pisləyir və ədalətə çağırırıq”.

Keniya Olimpiya Komitəsi də hücumu pisləsyib.

Bildirilir ki, hücum edən şəxs hadisə günü (bazar günü) onunla birlikdə kilsədən qayıdan idmançı ilə mübahisə etdikdən sonra cinayəti törətmək məqsədi ilə beş litr benzin alıb.

V. QULİYEV
Избранный
139
reyting.az

1Источники