RU

“Bilgə Qrup”un tikinti-quraşdırma ilə bağlı icazə sənədləri yoxa çıxdı

“Bilgə Qrup” QSC-nin tikinti-quraşdırma ilə bağlı icazə sənədləri yoxa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, şirkətə məxsus tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyətinə dair lisenziya və əlavəsi itib.

2023-cü ilin iyunun 13-də şirkətə verilmiş EL-460/2023 qeydiyyat nömrəli lisenziya və EL-460/2023/1 qeydiyyat nömrəli lisenziya əlavəsi itdiyi üçün etibarsız sayılır.

Sənədlərin hansı şəraitdə itməsi məlum deyil.

Qeyd edək ki, “Bilgə Qrup” QSC 2018-ci ildə yaradılıb. Şirkət bir neçə istiqamətdə fəaliyyət göstərir. Maddi-texniki təchizat, İT və telekommunikasiya, müxtəlif tibbi və məişət avadanlıqlarının təchizatı, həmçinin biznes əmlakının icarəsi xidmətlərini həyata keçirir. Şirkətin qanuni təmsilçisi İsmayılov Elvin Sahib oğludur. Reyestrə daxil edilmiş məlumatlarda 2021-ci ilin mayın 25-dək isə QSC-nin qanuni təmsilçisi Nigar Şahhüseynbəyova Faiq qızı olub.

Избранный
186
iqtisadiyyat.az

1Источники