RU

“Zirə”yə xəbərdarlıq, 3 kluba cərimə

“Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Zirə”yə xəbərdarlıq edilib. 

Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA hələ­lik xəbərdarlıqla kifayətlənib. Bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

“Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçı­van”ın 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. “Şamaxı” isə 800 manat cərimələnib. Belə ki, “Şa­maxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olub. “Kəpəz” də 800 manat ziyana düşüb. Buna səbəb V turun “Sabah”la matçı bitdikdən sonra meydana kənar şəxsin daxil olmasıdır.

L.AZAD
XQ

Избранный
93
2
xalqqazeti.az

6Источники