RU

"Bu il məktəbli forması alanların sayı azalıb..." (VİDEO)

Dərs ilinin başlamasına sayılı günlər qalsa da, məktəbli formalarının satışı ilə məşğul olan mağazalarda ənənəvi sıxlıq, uzun-uzadı növbələrə rast gəlinmir.

Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, satıcılar məktəbli forması alanların sayının azlığından gileylənirlər.

Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimovun sözlərinə görə, əhali Çindən gətirilən formalara üstünlük verdiyinə görə Tikiş Evində alıcılıq qabiliyyəti aşağıdır: "Keçən il valideynlərin əlindən buradan keçmək olmurdu. Hazırda isə çox az alıcı var. Parçaları Türkiyədən, Belarusdan gətiririk. Nazirlər Kabinetinin qərarında olduğu kimi, bütün köynəklərin materialı 100 % pambıqdır. Mənşəyi bilinməyən məktəb formalarını Çindən gətirirlər, bütün yarmarkalarda, hətta meyvə-tərəvəz satışı mağazalarında satırlar”.

Mağazanın satıcısı Aygün Babayeva da heç vaxt builki qədər alıcı qıtlığının müşahidə olunmadığını deyir. Onun sözlərinə görə, hələ indiyə kimi məktəbli forması satılmayıb.

Ətraflı videomaterialda:

Избранный
136
50
qaynarinfo.az

10Источники