İsveç millisinin hücumçusu Aleksander İsak UEFA Millətlər Liqasında Azərbaycanı məğlub etdikləri (3:1) görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, görüşdə iki qol vuran forvard bunları deyib:
“Birinci hissə çətin keçdi. Viktor Yohanssonun (red-qapıçı) inanılmaz oyunu bizi fasiləyə bərabər yolladı. İkinci hissədə daha yaxşı başladıq və qollar vurduq.
Qələbə qazanmaq yaxşı hissdir. Belə yerlərdə qələbə qazanmaq asan olmur. Əsas odur, yaxşı nəticə əldə etdik. Bundan daha yaxşısını etmək gücümüz var”.
Forvard komandasının qazandığı penaltini özü yerinə yetirməyib, komanda yoldaşı Viktor Qyökeresə verməsinə də toxunub:
“Danışdıq və belə qərar verdik. Yəqin, het-trik etmək də xoş olardı. Amma futbolda bəzən səxavətli olmalısan”.