RU

Azərbaycanlı alim bu sağalmaz xəstəliyin dərmanını tapdı - Dünya bu kəşfdən danışır » Medical Media


Dünya şöhrətli azərbaycanlı professor Məsud Aşina miqren xəstəliyinin dərmanını tapıb. O, bu nəticəni bir qrup alimlə birlikdə əldə edib.

Medicalmedia.az
musavat.com-a istinadən bildirir ki, bu barədə Avropa mediasında yayılan məlumatda bildirilir ki, hipofiz adenilat siklazı aktivləşdirən polipeptidin (PACAP) hədəflənməsi miqrenin müalicəsi üçün yeni bir yoldur.

Məsud Aşina 29 dekabr 1965-ci ildə Bakıda doğulub. Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur. 

Məsud Aşina dünyanın ən yaxşı on miqren mütəxəssisindən biri hesab olunur. 

Onun vətənpərvər keyfiyyətləri də xüsusi qeyd olunmalıdır. Otuz ildən çoxdur Vətəndən uzaqda yaşamasına baxmayaraq, onunla əlaqəni heç zaman kəsməyib. Azərbaycanın ən kritik anlarında dövlətinin yanında olub. "YAŞAT" Fondunun işində yaxından iştirak edir. Məsud Aşina "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvüdür.
Избранный
203
9
medicalmedia.az

10Источники