RU

Azərbaycan əsgərinin özünü odlu silahla öldürdüyü bildirilir

Hərbi Prokurorluq hadisəni araşdırdığını deyirMüdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vəli Abbasovun odlu silahdan özünü öldürdüyü bildirilir.Məlumatı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Firad Əliyev də Meydan TV-yə təsdiqləyib.O deyib ki, daxil olmuş məlumat əsasında sentyabrın 6-da Şəmkir Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:“Onlar iş üçün əhəmiyyət kəsb edən predmetləri maddi sübut kimi götürüb, eləcə də izahatlar alıb və digər hərəkətləri icra ediblər”.Hərbi Prokurorluq. Mənbə: “Azərtac”F. Əliyev fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıldığını vurğulayıb:“Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”.“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – deyə Əliyev əlavə edib.Əsgərin hansı rayondan olduğu açıqlanmayıb.Meydan TV də Vəli Abbasovun yaxınları ilə əlaqə saxlaya bilməyib.

Избранный
137
1
anaxeber.info

2Источники