Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan iki qızıl, bir gümüş medal qazanıb.
Futbolpress.az xəbər verir ki, qızlar arasında -48 kq. çəkidə Könül Əliyeva və -57 kq. çəkidə Fidan Əlizadə Avropa çempionu titulunu əldə ediblər.
Oğlanlar arasında -60 kq. çəkidə Nizami İmranov isə gümüş mükafat əldə edib.
İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci yerdə qərarlaşıb.