Bu il təhlükəsizlik xidmətləri Avropada yəhudiləri və İsraillə əlaqəsi olan biznesləri hədəf alan İslam Respublikası tərəfindən maliyyələşdirilən bir sıra terror planlarının qarşısını alıb.
Bu barədə "İşpigel" nəşri məlumat yayıb.
Məlumata görə, Tehran Almaniyadakı yəhudi və İsrail hədəflərini izləmək üçün cinayət şəbəkəsi tutaraq bu hücumları 2024-cü il üçün planlaşdırmışdı.
Bununla yanaşı bildirilib ki, 2023-cü ilin sonu ilə bu ilin əvvəli arasında İran Fransanın cənubunda İsrail şirkətlərini yandırmaq üçün silsilə hücumlar hazırlayıb.
"İşpigel" Almaniya və Fransanın cənubunda İranın pul qarşılığında cəlb etdiyi cinayətkarların İsrail hədəflərinə hücum planları barədə geniş məlumat dərc edib.
visiontv.az