Bakı. Trend:
Formula 1 qlobal miqyasda genişlənən və inkişaf edən bir idmannövüdür. Bu yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunuartırmaqla yanaşı, həm də ona böyük iqtisadi imkanlar qazandırır.Turizmdən əldə edilən gəlirlər, xarici qonaqların şəhərə olanmarağı və iqtisadiyyata verdiyi töhfə 2016-cı ildən bəri hər ildaha da artmaqdadır.
Trend xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətininbaş direktoru Maqsud Fərzullayev “Euronews” televiziyasınamüsahibəsində deyib.
M.Fərzullayev yarış həftəsində paytaxt Bakıda böyük sayda turistaxını və azarkeş kütləsinin gözlənildiyi, ötən illə müqayisədətribunaların tutumunun 35 faiz artdığını vurğulayıb.
“Euronews”da yayımlanan reportajda 13-15 sentyabr tarixlərindəbaş tutacaq Bakı yarışının təşkilində 1500-ə yaxın əməkdaşın, 2000könüllü və 1400-dən çox marşalın cəlb olunması, şəhərdəkihotellərin tam tutumu faktı, Bakı Halqasının ərsəyə gəlməsindəistifadə olunan ən son texniki yeniliklərin tətbiqi, yolinfrastrukturundakı müsbət dəyişikliklər, təhlükəsizlik və ətrafmühitin qorunması məsələləri də yer alıb.