RU

“Sektor 56” ilə “Şamaxı” arasında inciklik var?

“Şamaxı” premyer-liqaya qayıtsa da, azarkeşlər tribunalara dönmək bilmir ki bilmir. Dəfələrlə komandanın oyunlarını boykot edən “Sektor 56” hələ ki oyunlarda iştirak etmir. Fanklub rəhbərliyi açıqlamasında daxili məsələləri həll edəndən sonra tribunalara qayıdacağını desə də, dönüş hər dəfə ertələnir.

“Football-plus.az” “Şamaxı”nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynovdan klubun mövqeyini öyrənib:

“Sektor 56” rəsmi fanklub deyil, azad azarkeş qrupudu. Belədə əlaqədəyik. Onların da öz planları var. Daxili məsələlər var ki, onları həll edəndən sonra tribunalara qayıdacaq. Ümid edirik ki, qısa müddətdə onları tribunalarda görə biləcəyik”.


“Sektor 56”nın rəhbərlərindən olan Loğman Məlikli isə saytımıza məsələ barədə belə açıqlama verdi:

“Bildiyiniz kimi,bəzi daxili problemlər var. Maddiyyat normaldı, bu sarıdan problem yaşamırıq. Klubla da yaxından-uzaqdan əlaqəmiz yoxdu. Sadəcə, özümüzün problemlərimiz və bəzi planlarımız var. Rəhbər tək mən deyiləm, bir neçə idarəçi var. Həmçinin fanklubun 200-dən çox üzvü var, qeyri-fəal üzvləri saymasam. Hər şeyi deyə bilmirəm, amma bəzi fikir ayrılıqları var. İlkin danışıqlar olacaq. Yaxın zamanlarda bunları həll etməyə çalışacağıq. Yaxşı olar ki, bizdən soruşduğunuz kimi, klubdan da maraqlanasız. Çünki bəzən klub haqqımızda olmayan məlumatları verir”.


RÖYANƏ OĞUZ
Избранный
128
football-plus.az

1Источники