RU

Ukrayna MN: "Hərbçilərə əlavə ödənişlər verilməyəcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Müdafiə Nazirliyi hərbi əməliyyatlarda iştirak edən hərbçilərə əlavə ödənişin edilə bilməyəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa məlumat verib.
"Təəssüf ki, bu doğrudur, Müdafiə Nazirliyindən bizə sentyabrın 20-nə qədər əlavə döyüş xərclərini ödəməyə pullarının olmadığı bildirilib", - deyə Ukrayna rəsmisi vurğulayıb.
R.Pidlasa əlavə edib ki, ödənişlərlə bağlı çətinliklər 2024-cü ilin birinci rübündə ABŞ Konqresində Ukraynaya yardıma dair müvafiq qanun layihəsinin təsdiqini gecikməsi səbəb olub. Nəticədə, Ukrayna silahı öz hesabına almağa məcbur olub və bunun üçün 2024-cü ilin ikinci yarısında hərbçilərə ödənişlər üçün nəzərdə tutulan pullardan istifadə edilib.
Избранный
67
50
oxu.az

10Источники