RU

Vaşinqtondan İsrailə “davamlı atəşkəs” TƏZYİQİ: “ABŞ Netanyahunun hakimiyyətdən getməsi üçün…”

“İsrailin Baş naziri Benyamin Netanyahu demokratların əvəzinə respublikaçıların – Donald Trampın hakimiyyətə gəlməsini istəyir. Ancaq buna hələ xeyli zaman var”.

Bunj ABŞ-nin dövlət katibi Entonu Blinkenin Qəzzada atəşkəsin reallaşması ilə bağlı söylədiyi fikirlər barədə danışarkən siyasi təhlilçi Natiq Miri Yenicag.az-a açıqlamasında deyib.

N. Miri düşünür ki, başda Co Bayden olmaqla, demokratlar Netanyahuya çox ciddi təsir edirlər:

“İsrail daxilində Netanyahu hökumətinə qarşı körüklənməklə bərabər, siyasi qüvvələr vasitəsilə parlamentdə hakimiyyətə qarşı etimadsızlığı təmin etmək kimi fikirlər mövcuddur. Bunların hamısı təzyiq xarakterli davranışlardır və Netanyahuya anlatmaq istəyirlər ki, əgər ABŞ-nin göstərdiyi davamlı atəşkəs layihəsinə razı olmasa, onun hakimiyyətdən getməsi təmin olunacaq ki, bu da İsraildə növbədənkənar parlament seçkiləri kontekstində baş nazirin aqibətinin acınacaqlı olacağını vəd edir.

Çünki İsrail cəmiyyəti bu hakimiyyətdən narazıdır. Baxmayaraq ki, qısa müddət ərzində HƏMAS tərəfindən girov götürülən bütün amerikalı və israillilərin geri qaytarılmasını və HƏMAS-ın tamamilə məhv olunacağını vəd edən Netanyahu hələ də yerində saymaqda davam edir. Bundan başqa, HƏMAS hələ də müqavimət göstərir və onun müəyyən potensialları var ki, İsrailə zərər verə bilsin. Ona görə də Netanyahunun verdiyi vədlərin heç biri yerinə yetirilməyib və bu məsələni ABŞ hökuməti Netanyahuya qarşı istifadə edə bilər. Bunun işartıları isə artıq özünü göstərməkdədir”.

Siyasi ekspert hesab edir ki, Netanyahu artıq məcbur şəkildə bəzi güzəştlərə getməyə razılıq verib:

“Həmçinin İsrail hakimiyyəti Misirlə Qəzza arasındakı Filadelfiya keçidini öz nəzarətində saxlamaq istəyir ki, bu da ən problemli məsələlərdən biridir. Ancaq perspektivdə bu da həll olunmayacaq bir məsələ kimi görünmür. Əgər bu gün müəyyən anlaşma varsa və ABŞ-nin dövlət katibi Entoni Blinkenin dediyi kimi, məsələ 90 faiz həll olunubsa, bu, ABŞ-nin bilavasitə Netanyahu hakimiyyətinə təzyiqi ilə əlaqədardır və bütün bunlar təkcə sözdə təzyiq deyil. ABŞ hazırda Netanyahunun hakimiyyətdən getməsi üçün şərait yaratmağa çalışır.

Bunun qarşısını alan isə Netanyahunun bəyənmədiyi demokratlardır. Yəni o, perspektivdə hakimiyyətdən gedərsə, onun həbsi real ola bilər. Ən nəhayət, Təl-Əviv administrasiyasına anladılıb ki, ABŞ-nin təyyarə daşıyan və hava hücumundan müdafiə sistemlərini özündə cəmləşdirən bütün gəmilər davamlı olaraq Aralıq dənizində İsraili qoruya bilməyəcək. Odur ki, hansısa məqamda ABŞ bu gəmiləri çəkə bilər. Onlar çəkildiyi təqdirdə, əlbəttə ki, bu, İranın dəyirmanına su tökmək olacaq. İran da belə bir vəziyyəti gözləyir ki, vəd etdiyi qisası həyata keçirə və İsrailə zərər vura bilsin. Bunun da ismarışları Netanyahu hakimiyyətinə ABŞ tərəfindən çatdırılıb”.

Rafi Müslümov

Избранный
160
50
yenicag.az

10Источники