RU

Ağstafada təhsil işçilərinin sentyabr konfransı keçirilib - FOTOLAR

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin böyük akt zalında Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. 

"Unikal" xəbər verir ki, Konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, təhsil müəssisələrinin rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə iştirakçılar Mərkəzin önündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. 

Mərkəzin foyesində istedadlı şagirdlərin əl işlərindən ibarət sərgi, STEAM təhsil metodu - elm (science), texnologiya (technology), mühəndislik (engineering), incəsənət (art), riyaziyyatın (math) birgə, inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində və idman nailiyyətlərindən ibarət stendlər konfrans iştirakçılarının böyük marağına səbəb olub. 

Konfrans işinə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Ağstafa RİH başçısı Seymur Orucov çıxışında yeni tədris ilində konfrans iştirakçılarına müvəffəqiyyətlər arzu edib, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkənin təhsil sistemində həyata keçirilən uğurlu islahatlardan, maddi-texniki bazanın gücləndirilməsindən, təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısından söz açıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb.Daha sonra Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023-2024-cü tədris ili ərzində qurum tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

Konfransda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb, onların bir sıra vacib məsələlərə dair fikirləri öyrənilirək təklif və müraciətləri qəbul olunub.

Uğurla yekunlaşan sentyabr konfransından sonra xatirə şəkli çəkdirilib.
 

Избранный
212
50
unikal.az

10Источники