RU

Nigerdə ​​güclü yağış daşqına səbəb olub - 273 nəfər ölüb

Nigerdə ​​leysan yağışların səbəb olduğu daşqınlarda 273 nəfərin öldüyü bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Niger Mülki Müdafiə Baş İdarəsindən verilən açıqlamada ölkədəki əlverişsiz hava şəraitinə diqqət çəkilib.

Açıqlamada 273 nəfərin öldüyü, təxminən 95 min ailənin daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığı paylaşılıb. Açıqlamada təsərrüfat heyvanlarının da tələf olduğu, məktəblərə, səhiyyə ocaqlarına və mağazalara ziyan dəydiyi bildirilib. Ölkənin cənub-qərbindəki Tahoua və Maradi bölgələri daşqınlardan ən çox zərər çəkmiş ərazilər olub. Niger, Mali, Efiopiya və Nigeriya kimi Afrika ölkələrində leysan yağışların səbəb olduğu daşqınlarda yüzlərlə insan həyatını itirib, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Избранный
173
50
sia.az

10Источники