Fransa millisinin baş məşqçisi Didye Deşam İtaliya yığmasının gücündən danışıb.Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italyanların son illərdəki uğursuzluqlarına baxmayaraq, güclü rəqib olaraq qaldığını söyləyib: “İtaliya milli komandası rəqabətə davam edir. Luçano Spalletti bir çox oyunçunu dəyişməli oldu, lakin İtaliya İtaliya olaraq qalır. Bizim üçün onlar ruhən yaxın rəqibdir. Bir çox fransalı futbolçu A Seriyasında oynayır”. Fransa və İtaliya yığmaları bu gün UEFA Millətlər Liqasının ilk turu çərçivəsində qarşılaşacaq. Oyun saat 22:45-də start götürəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта