"Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç klubda qalacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano bildirib.
Daha əvvəl 30 yaşlı yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirə biləcəyi barədə məlumatlar yayılmışdı.
Mənbənin sözlərinə görə, Kovaçiçin Səudiyyə Ərəbistanına transferi ilə bağlı danışıqlar aparılmayıb.
Xatırladaq ki, Kovaçiç 2023-cü ilin yayından “Mançester Siti”də çıxış edir. Yarımmüdafiəçinin "şəhərlilər"lə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.