Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı daha çox silaha ehtiyacı olduğunu bildirib.
News365.az xəbər verir ki, Zelenski Almaniyadakı ABŞ-ın Ramşteyn bazasında ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə Ukraynanın Müdafiə Əlaqələri Qrupunun 24-cü Toplantısında iştirak edib.
İclasın açılışında çıxış edən Zelenski bildirib ki, Ukraynanın minimum miqdarda silaha malik olduğu məlumdur.
Ukraynaya verilən yardım paketlərinə görə minnətdar olduqlarını ifadə edən Zelenski diqqətə çatdırıb:
"Rusiya qüvvələrini çıxarmaq üçün daha çox silaha ehtiyacımız var. Xüsusilə, Donetsk bölgəsindən".