RU

İqtisadçı Fərid Mehralızadənin həbs müddəti dekabrın 19-dək uzadılıb

Cümə axşamı Xətai Rayon Məhkəməsi iqtisadçı Fərid Mehralızadənin həbs müddətini daha 3 ay uzadıb. Məhkəmənin qərarına əsasən, o, dekabrın 19-dək həbsdə qalacaq, vəkil Cavad Cavadov bildirib.

Mehralızadə “Abzas Media” nəşrinin işi üzrə həbs edilib. Lakin o, ittihamları rədd edir və bildirir ki, bu nəşrlə heç bir əlaqəsi yoxdur, sadəcə, ekspert olaraq bu KİV-ə, eləcə də bir çox başqa KİV-ə şərhlər verib.

* Fərid Mehralizadə iyunun 1-də “Abzas Media” əməkdaşları ilə birlikdə xarici valyuta qaçaqmalçılığı (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittihamı ilə həbs edilib. 

Avqustun ortalarında Mehralızadəyə bu iş üzrə keçən digər müttəhimlər kimi aşağıdakı maddələrlə yeni ittihamlar irəli sürülüb: Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.1 (mütəşəkkil qrup tərəfindən qanunsuz sahibkarlıq, mütəşəkkil qrup tərəfindən cinayət yoluyla əldə edilmiş külli miqdarda pulun leqallaşdırılması, mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq, sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə, mütəşəkkil qrup tərəfindən vergidən yayınma).

Fərid Mehralizadə hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Избранный
149
turan.az

1Источники