RU

İstirahət günlərində hava necə olacaq?

İstirahət günləri (sentyabrın 7-8-də) üçün gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a bildirilib ki, Göygöl milli parkında səyahət edənləri xoş əhvali-ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 7-də gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 23-26° isti olacaq.

Şahdağ milli parkında turistləri sabit, əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 23-26° isti olacaq.

Altıağac milli parkında səfalı bölgəyə getmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-25° isti olacaq.

Samur–Yalama milli parkında Şimal bölgəsinə səyahət edənləri, əsasən, yağmursuz hava şəraiti gözləyəcək. Lakin 7-də gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-29°isti olacaq.

Şirvan milli parkında turistləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21° isti, gündüz 27-29° isti olacağı bildirilir.

Ağgöl milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-21° isti, gündüz 29-31° isti olacağı proqnozlaşdırılır.

Qızılağac milli parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Hirkan milli parkında Cənub zonasına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 28-30° isti olacağı proqnozlaşdırılır.

Küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Избранный
185
23
ekologiya.az

10Источники