RU

Dünyanın ən kiçik tozsoranını yaratdı – Ginnesin Rekordlar Kitabına düşdü


Hindistandan olan bir kollec tələbəsi doldurula bilən diyircəkli qələmi dünyanın ən kiçik tozsoranına çevirərək Ginnesin Rekordlar Kitabına düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UPI portalı məlumat yayıb.
Məlumata görə, 23 yaşlı Tapala Nadamuni öz qələmini cəmi 25 düymlük (0,65 sm-lik) tozsorana çevirmək üçün təxminən 238 dollar xərcləyib.
Miniatür tozsoranın iş prinsipi adi tozsoranın iş prinsipi ilə eynidir.
Nadamuninin sözlərinə görə, o, kiçik tozsoranında 4 voltluq vibrasiya mühərriki ilə işləyən kiçik ventilyatordan istifadə edib,
Onun tozsoranı toz zərrəciklərini toplayır, hətta daha sonra onu təmizləmək də mümkündür.
Qeyd edək ki, 2020-ci ilin əvvəlində də Nadamuni 69 düymlük (1,76 sm-lik) tozsoran ixtira etmiş və dünya rekordu vurmuşdu.
Xatırladaq ki, tozsoran gövdəsinin ən qısa oxu boyunca ölçülür, elektrik kabelinin ölçüsü nəzərə alınmır.
Избранный
179
26
yeniavaz.com

10Источники