1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prayor məsləhətləşmələr üçün Bakıya gəlib.
Oxu.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
"Biz ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri cənab Patrik Prayoru səmimiyyətlə salamlayırıq. O, ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin gücləndirilməsi məsələləri üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib", - deyə diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirib.
“A warm welcome to U.S. Defense Intelligence Agency Chief of the Europe Eurasia Regional Center, Mr. Patrick Prior, who is visiting Baku for consultations with the Azerbaijani government on ways to strengthen the U.S.-Azerbaijan security relationship.” – Ambassador Libby… pic.twitter.com/Rh2KVEi6hP
— U.S. Embassy Baku (@USEmbassyBaku) September 6, 2024