RU

Rusiyada ərzaq məhsulları ucuzlaşıb

Rusiyada istehlak qiymətlərində eniş qeydə alınıb. SİARosstat məlumatlarına istinadən xəbər verir ki, bu, 0,02 faiz təşkil edib.

Söhbət avqustun 27-dən sentyabrın 2-dək olan müddətdən gedir.

Bu dinamika 2023-cü ilin fevralından bəri ilk dəfə müşahidə olunur. Qeyd edildiyi kimi, ərzaq məhsulları seqmentində azalma 0,01 faiz səviyyəsində qiymətləndirilir. İllik ifadədə qiymət artımı 9,01 faizdən 8,87faizə qədər azalıb.

O cümlədən, meyvə-tərəvəzin qiymətləri 1,66 faiz ucuzlaşıb. Bəzi məhsullar üçün qiymət endirimləri kifayət qədər əhəmiyyətli olub. Belə ki, yerkökü 4,6 faiz, ağ kələm 4,3 faiz, kartof 3,5 faiz, çuğundur 3,7 faiz, soğan və alma 1,7 faiz ucuzlaşıb.

Əli Babayev

Избранный
84
9
sia.az

10Источники