RU

"A-Group sığorta şirlkəti" işçilər axtarır - MAAŞ 700-900-1300 MANAT - VAKANSİYALAR

A - Group Insurance Company

Həkim koordinator

 Son tarix 20 sen 2024  - [email protected]

İş barədə məlumat: 

  • İş rejimi 2 növbəlidir,
  • Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
  •  Tibbi sığorta qarşılanır.

Vəzifə öhdəlikləri

  • Çağrı Mərkəzinə bütün əlaqə vasitələrindən daxil olan (zənglər, WhatsApp, mail, sms, mobil tətbiq, websayt) müştəri sorğularının operativ cavablandırılmaq;
  • Xidmətin keyfiyyətini təkmilləşdirmək üçün müştəri rəylərini toplamaq. Müştərilərin etibar və etimadını qazanaraq onlarla məhsuldar tərəfdaşlıq münasibətləri qurmaq və qoruyub saxlamaq;
  • Çağrı Mərkəzinə müraciət edən sığortalının şikayətlərini dinləyərək düzgün yönləndirilmək;
  • Şirkətin çağrı mərkəzinin bazasında tələb olunan məlumatların  qeydiyyata almaq;
  • Klinikalardan, aptek və optikalardan daxil olan sorğuların (zəng və ya modul vasitəsi ilə) sığorta planı və daxili prosedur qaydalarına əsasən cavablandırmaq;
  • Həkim-koordinatorun səlahiyyətindən xaric məsələləri daxili qaydalara əsasən (qırmızı və sarı kod) vaxtında səlahiyyətli şəxsə ötürmək;
  • Klinikalarda hospitalizasiyanın, daşınmanın, təcili yardımın təşkil olunmasını təmin etmək, əməliyyata ehtiyac olduqda  ekspertləri məlumatlandırmaq;
  • Rəhbərlik tərəfindən verilmiş reyestrləri və yeni sığortalıların siyahılarının bazaya daxil etmək;
  • Fəaliyyəti ilə əlaqədar  hesabatlar hazırlanmaq və müvafiq əməkdaşlara təqdim etmək;
  • Problemləri vaxtlı-vaxtında müəyyənləşdirmək və həll yollarını müəyyən etmək;
  • Yenilikçi olmaq, işlərin daha yaxşı aparılması üçün təkliflər vermək;

Tələblər:

  • Alı Tibb Təhsili;
  • Sığorta sahəsində təcrübə arzuolunandır;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);
  • Güclü ünsiyyət qurmaq bacarığı;
  • Müştəri yönümlü, stressə davamlı;
  • MS Office proqramlarını yaxşı bilmək;
  • Komandada işləmək bacarığı;
  • Detallara diqqət yetirmək bacarığı. 

CV-ni  email ünvanına göndərə bilərsiniz

 

 

İT şöbəsinin kiçik mütəxəssisi

 Son tarix 06 okt 2024 - [email protected]

İş barədə məlumat:

  • İş rejimi: 5 günlük, 09.00-18.00
  • Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
  • Tibbi sığorta qarşılanır.
  • Əmək haqqı: 700 azn

 Vəzifə öhdəlikləri

  • Kompüter avadanlığı və informasiya sistemləri üzrə yaranan çətinliklərin həll edilməsində köməklik göstəririlməsi (L1/L2 - Technical Support);
  • İstifadəçi müraciətlərinin dəqiq və vaxtında qeydiyyata alınması;
  • İstifadəçi hesablarının  yaradılması;
  • Ofis daxili şəbəkə avadanlıqlarına ilkin texniki xidmətin göstərilməsi;
  • Texniki məsələlərlə bağlı istifadəçi problemlərinin həm telefonla, həm də uzaqdan xüsusi proqramlar vasitəsilə təhlili və həll olunması;
  • Mümkün nasazlıqların və problemlərin qarşısını almaq üçün avadanlıq və proqram təminatının profilaktik yoxlamalar və sınaqlarının aparılması;
  • İstifadə olunan proqramlara ilkin baxış və kiçik qüsurların aradan qaldırılmasının təmin edilməsi;
  • Avadanlıqların iş şəraitinə və texniki qulluğuna nəzarət edilməsi;
  • Mərkəzləşdirilmiş internet və şəbəkə avadanlığın, ofis cihazlarının (printer, skaner və s.) quraşdırılmasının təşkil edilməsi.

         Tələblər

  • Ali təhsil
  • İT sahəsində müvafiq fəaliyyət üzrə ən azı 6 ay iş təcrübəsi
  • Windows əməliyyat sisteminin inzibatçılığını bacarmalıdır
  • Microsoft, Adobe, Corel və s. tipli proqram təminatı ilə işləməyi bacarmalıdır
  • Exchange365, “Active Directory”, “File Server” və s. serverlərin iş prinsipi bilikləri olmalıdır
  • VMWare məhsulların iş prinsipi bilikləri olmalıdır
  • Ofis avadanlığın (printer, skaner və s.), İP telefonların, “WiFi” paylayıcıların sazlanması və quraşdırılmasını bacarmalıdır.

 Maraqlanan şəxs, mövzuda “İT şöbəsinin kiçik mütəxəssisi” qeyd etməklə, CV-ni [email protected] email ünvanına göndərə bilər.

 

Anderraytinq üzrə mütəxəssis

 Son tarix 06 okt 2024  - [email protected]

İş barədə məlumat:

  • İş rejimi: 5 günlük, 09.00-18.00
  • Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
  • Tibbi sığorta qarşılanır.
  • Əmək haqqı: 900 azn 

Vəzifə öhdəlikləri

  • Satış bloklarından daxil olan sorğuları cavablandırmaq;
  • Riskin səmərəli qiymətləndirilməsi üçün lazımi məlumatları toplamaq, dəyərləndirmək və müvafiq riski qəbul və ya imtina etmək;
  • Riskin dəyərləndirilməsi və riskə əsasən uyğun tarif və şərtləri müəyyən etmək; 
  • Aktuari və birbaşa rəhbəri ilə sığorta növləri üzrə portfelin təhlilini aparmaq;
  • Risklərin təkrarsığortaya ötürülməsi ilə bağlı fakultativ və obliqator müqavilələri, borderoları, əlavələri hazırlamaq;
  • Yeni sığorta qaydalarının, şərtlərin hazırlanmasında iştirak etmək;
  • Sığorta məhsullarının hazırlanmasında iştirak etmək 

Tələblər 

  • Ali təhsil;
  • Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri barədə qismən məlumatlı olmaq;
  • Azərbaycan dilini əla, İngilis dilini orta və rus dilini orta səviyyədə bilmək;
  • Kompüter proqramlarından istifadə etmək bacarığı  (MS Office –Word-orta, Excel-orta səviyyədə);
  • Sığorta və təkrarsığorta sahəsində müvafiq fəaliyyət üzrə ən azı 1 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti, riyazi hesablama bacarığıvə işində diqqətli olmaq.

Maraqlanan şəxs, mövzuda “Anderraytinq üzrə mütəxəssis” qeyd etməklə, CV-ni [email protected] email ünvanına göndərə bilər.

 

Anderraytinq üzrə aparıcı mütəxəssis

 Son tarix 06 okt 2024  - [email protected]

İş barədə məlumat:

  • İş rejimi: 5 günlük, 09.00-18.00
  • Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
  • Tibbi sığorta qarşılanır.
  • Əmək haqqı: 1300 azn

 Vəzifə öhdəlikləri

 Sığorta təkliflərin hazırlanması üzrə 

  • Satış departamentindən və ya müştəridən birbaşa daxil olan sorğuları qiymətləndirmək;
  • Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin fakultativ təkrarsığortaya ötürülməsi hallarını müəyyən etmək. Müvafiq hallar müəyyən edilərsə “Risklərin fakultativ təkrarsığortaya ötürülməsi” bəndinə müvafiq olaraq hərəkət etmək;
  • Yekun olaraq daxil olan sorğu üzrə sığorta şərtlərini şöbə müdiri ilə təsdiqləyərək sığorta təklifini hazırlamaq və müraciət sahibinə təqdim etmək. 

Risklərin fakultativ təkrarsığortaya ötürülməsi üzrə

  • Risklərin fakultativ təkrarsığortaya ötürülməsi hallarını müəyyən edildiyi halda sığorta predmeti üzrə lazımi məlumatları təkrarsığortaçılara ünvanlamaq və onlardan təkliflər almaq;
  • Təkrarsığortaçılardan alınan təklifləri daxili tələblərə uyğun qiymətləndirmək və şöbə müdirinə təqdim etmək. (Qərar verildikdən sonra sığorta təklifini hazırlamaq);
  • Qəbul edilmiş təklif üzrə fakultativ təkrarsığorta slipini tərtib etmək və şöbə müdiri ilə razılaşdırmaq;
  • Təkrarsığortaçı tərəfindən təqdim edilmiş hesab fakturanın xidmət dəyərinə uyğunluğunu yoxlamaq və ödənişin həyata keçirilməsi üçün İdarə Heyəti sədrinin təsdiqinə təqdim etmək;
  • Təkrarsığortaya ötürülmüş risklər üzrə dəyişiklik tələb edildikdə, belə dəyişiklikləri Təkrarsığortaçılarla razılaşdırmaq və Əməliyyatlar və müştəri xidmətləri şöbəsi tərəfindən sığorta müqaviləsinə müvafiq əlavənin hazırlanmasından sonra təkrarsığorta müqavilələrinə də müvafiq əlavələrin hazırlanmasını təmin etmək.

Təkrarsığorta müqaviləsinə xitam verilməsi üzrə 

  • Ötürülən risklər üzrə müqaviləyə xitam zamanı razılaşmanı hazırlamaq və təkrarsığortaçı ilə razılaşdımaq. 

Tələblər

  • Ali təhsil;
  • Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaq;
  • Azərbaycan dilini əla, İngilis dilini orta və rus dilini orta səviyyədə bilmək;
  • Kompüter proqramlarından istifadə etmək bacarığı  (MS Office –Word-orta, Excel-orta səviyyədə);
  • Sığorta sahəsi üzrə Cİİ, PSS sertifikatların olması üstünlükdür;
  • Sığorta və təkrarsığorta sahəsində müvafiq fəaliyyət üzrə ən azı 1 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti, riyazi hesablama bacarığı və işində diqqətli olmaq.

Maraqlana şəxs, mövzuda “Anderraytinq üzrə aparıcı mütəxəssis” qeyd etməklə, CV-ni [email protected] email ünvanına göndərə bilər.

Избранный
94
50
fed.az

10Источники