RU

Hava limanı-Mərdəkan avtomobil yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan avtomobil yolunun 3-cü kilometrində (“Bravo” marketin yaxınlığı) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq sentyabrın 6-sı saat 22:00-dan etibarən qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Doğru.az-a verilən məlumata görə, görülən işlər zamanı yol bağlanmır.

Sürücülərdən qeyd olunan tarixdən etibarən sözügedən ərazidə yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

DOĞRU.AZ

Избранный
37
33
dogru.az

10Источники