RU

“Oğullarımın yanında mənim adımı yazmayın”

Müğənni Roza Zərgərli övladlığa götürdüyü Corc və Jerar Qafarovla bağlı paylaşım edib.

Sənətçi instaqram hesabında video paylaşaraq bunları deyib:

"Zamanında himayəmə götürdüyüm övladlarımla bağlı çox məqalələr və xəbərlər yazılıb. Orada qeyd edilirdi ki, Roza Zərgərlinin oğlu və sayra. Mən səhv iş görməmişəm. Əmək, maliyyə, sevgi və ən bahalı zaman xərcləmişəm. Bu gün sosial mediada Corcun Azdramadan uzaqlaşması haqqında xəbərlər dərc olunub. Corcda məsələ ilə bağlı mediaya açıqlama verib. Biz onsuzda Corcun həmin teatrdan uzaqlaşmasını bilirdik. Corc Rusiyada çalışanda bu hadisə baş vermişdi. Yenə də media Corcun fikirlərini yazır. Sonda isə "Qeyd edək ki" bölümündə yazılır ki, Corc Roza Zərgərlinin oğludur". Buradan sizə deyirəm və sizdən rica edirəm ki, artıq himayəmə götürdüyüm oğullarımın yanında mənim adımı yazmayın".

Qeyd edək ki, Roza Zərgərlinin bir qızı var.(axsam.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
14
demokrat.az

10Источники