RU

Suares Uruqvay millisində son oyununu keçirib

sentyabrın 6-dan 7-nə keçən gecə Uruqvayın paytaxtı Montevideodakı Centenario stadionunda Paraqvay və Uruqvay milli komandaları arasında 2026-cı il dünya çempionatının Cənubi Amerika seçmə turnirinin 7-ci turunun oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Bu qarşılaşma 37 yaşlı uruqvaylı hücumçu Luis Suaresin millidəki son oyunu olub. Təcrübəli oyunçu start 11-də yer alıb və heç bir təsir bağışlamadan bütün oyunu başa vurub. 85-ci dəqiqədə Suares qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb.

Luis Suares Uruqvay millisində 2007-ci ilin fevralında, 20 yaşında olarkən debüt edib. Milli komandada ümumilikdə 143 matça çıxan futbolçu bu matçlarda 69 qol vurub, 39 məhsuldar ötürmə edib.

Избранный
126
90deqiqe.az

1Источники