RU

Azərbaycan-Serbiya matçının hakimləri AÇIQLANDI

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Fransa Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Bastyen Deşepi olacaq. Ona həmyerliləri Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Floren Batta yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 10-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Serbiya matçı saat 19:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
29
2
bizim.media

3Источники