RU

“Tramp “dərin dövlət”ə qarşı çıxa bilməyəcək” - “Harris isə axmaqdır...”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “teleqram” kanalında Donald Trampın Rusiyaya qarşı sanksiyaları aradan götürəcəyinə dair son vədlərini şərh edib. Məlum olduğu kimi, Tramp bu sanksiyaların Amerikanın özü və dollar üçün təhlükəli hesab etdiyini deyib.

“AzPolitika” xəbər verir ki, D.Medvedev öz şərhində Trampın doğru düşündüyünü, lakin “dərin dövlət”ə qarşıl gedə bilıməyəcəyini qeyd edib: “Tramp bir iş adamı kimi başa düşür ki, sanksiyalar dünyada dolların hökmranlığına zərər verir. Ancaq o dərəcədə yox ki, ABŞ-də inqilab etsin və Trampdan qat-qat güclü olan bədnam “dərin dövlət”in anti-Rusiya xəttinə qarşı çıxa bilsin”.

Kamala Harrisə gəlincə, Medvedevin sözlərinə görə, “ondan heç bir sürpriz gözləməyə dəyməz”: “O, təcrübəsizdir və düşmənlərinin dediyi kimi, sadəcə olaraq, axmaqdır. Onun üçün gözəl və mənasız çıxışlar, suallara düzgün və darıxdırıcı cavablar hazırlanacaq".

Medvedev qeyd edib ki, “bütün XX əsrdə SSRİ-yə qarşı sanksiyalar olub”: “Onlar 21-ci əsrdə görünməmiş miqyasda yenidən qayıdıblar. Ona görə də hamımız üçün sanksiyalar əbədidir”.

“AzPolitika.info”

Избранный
97
azpolitika.info

1Источники