RU

İnsan psixologiyasi:Həm mürəkkəb, həm də...

Hər zaman maraqlı və aktual olan mövzulardan biri insan psixolojiyasıdır. Bəs bu mövzunun bu qədər maraq doğurmasınn əsas səbəbi nə ola bilər?
Əlbəttə, ən başlıca səbəb qarşımızdakı şəxsi daha yaxşı tanımaqdır. İnsan psixologiyasını fərqli aspektlərini öyrənmək üçün kiçik bir araşdırma apardım. Bu araşdırmalara görə xarici görünüşün cinayətlə biləvasitə əlaqəsi var. Belə ki, cazibədar olan insanlar nadir halda cinayətə meylli olur. Xarici görünüşlə yanaşı diqqət etməli olduğumuz bir digər məqam qadın və kişi psixologiyasının bir-birindən fərqli olmasıdır. Məsələn, bir cinayət hadisəsi baş verdiyi zaman qadın qurbanın üzünün, kişi isə tam əksinə cinayətkarının üz ifadəsinini yadda saxlayır. Göründüyü kimi, bu da psixoloji yanaşmanın cinsə görə dəyişdiyini sübüt edir. Lakin onu da qeyd etmək, lazıdır ki, psixologiya inkişaf etməkdə olan bir sahədir. Biz hələ də insan beyninin və psixologiyasının bütün sirrlərini açmamışıq. Doğrusunu demək lazımdırsa insan beyninin sirrlərin tam açmaq qeyri-mümkündür.

Müasir dünya özünüdərklə bağlı ədəbiyyatla zəngindir. Amma elə maraqlı faktlar var ki, bundan çox adam xəbərdar deyil. Havanın, rənglərin, hətta heyvanların belə  insan pisxologiyasına müəyyən təsirləri var. Ümumyyətlə, dərindən araşdırma aparıldıqda psixoloji problemi olan şəxslərin bir çoxunun uşaqlıq travması olduğu məlum olur. Amma psixoloji xəstəliyin tək səbəbi travma deyil. Bu xəstəlik yaxın qohum və ya uzaq qohumdan asılı olmayaraq  nəsildən nəsilə keçə bilər. İllərdir mütəxəssislər tərəfindən araşdırılan şizofreniya xəstəliyidə bu qrupa daxildir. Şizofreniya xəstələrinin real və qeyri-real hadisələri ayırd edə bilməməsinə səbəb olan emosiyaların idarə edilməsinə mane olan ciddi beyin xəstəliyidir. Xəstəliyin kəskinləşmə dövrlərində real və qeyri-real elementləri bir-birindən ayırmaq mümkün olmadığı məlumdur. Belə vəziyyətin adı isə psixoz adlanır. Şizofreniya ən ağır psixotik xəstəliklərdən biridir. Simptomların şiddəti insandan insana və xəstəliyin şiddətinə görə dəyişir. Bu xəstəlik çox vaxt beyində yavaş-yavaş inkişaf edir. Bəzən televiziya serialları və filimləri bu xəstələrin aqressiv və təhlükəli şəkildə tanıtsa da, əsildə bu, belə deyil. Bu xəstəlikdən əziyyət çəkən xəstələrin bir çoxunun şiddətə meyli yoxdur. Bu cür xəstələri danışdıran zaman onlar kiminsə onları təqib etdiyini, olmayan səslər eşitdiklərini, içlərində 2-ci biri olduğunu və mütəmadi onunla danışdığını, olmayan şeyləri gördüyünü bildirirlər. Lakin onu da xatırlatmaq lazımdır ki, bu xəstlər müalicə alaraq sosial həyatlarına, işlərinə davam edə bilirlər. Araşdırmalara görə isə bu xəstəliyin tam müalicəsi yoxdur.

Bu nünas isə psixologiyamızın həssas olduğunu və hər bir şeydən əvvəl öz psixoloji sağlamlımızı qorumalı olduğumuzun sübutudur. Həyatda hər zaman bir mübarizə içiərisəndəyik. Bəlkə də bu mübarizənin heç sonu olmayacaq. Nə qədər həyat var, mübarizə də olacaq. Psixologiya, dəyərlər, inanclar hər biri bizim formalaşmağımız üçün vacib nünaslardır.  Ancaq xoşbəxt gənc, xoşbəxt ana, ata olmaq istəyirsinizə, hər şeydən əvvəl mübarizəniz sağlam düşüncəyə sahib olmaq uğrunda olsun. Əks halda yaşamaqdan zövq almaq əvəzinə sadəcə nəfəs alan bir fərd olaraq qalacaqsınız.

Duyğu Əlizadə

Избранный
155
1
ikisahil.az

2Источники