RU

Əsgər Akayev Qırğızıstana qayıtmaq istəyir...

…Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Joqorku Keneşə (ölkənin Ali Şurasına – A.B.) eks-prezident statusunun bərpası xahişi ilə məktub göndərib. O, qanunsuz olaraq bu statusdan məhrum edildiyini iddia edib.

SİA-nın əldə etdiyi məlumata görə, Sadır Japarov Akayevin Joqorku Keneşə müraciətinə də münasibət bildirib.

Xatırladaq ki, 2005-ci ildə xalq iğtişaşlarından sonra hakimiyyəti itirən Akayev 2010-cu ildə Müvəqqəti Hökumətin dekreti ilə toxunulmazlığından məhrum edilib.

Keçmiş prezident Əsgər Akayevin məktubu sentyabrın 5-də Joqorku Keneşin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsinə daxil olub. Komitənin rəhbəri Çolpon Sultanbekova bildirib ki, əvvəlcə parlament fraksiyaları ilə müzakirələr aparılacaq, daha sonra xüsusi komissiya yaradıla bilər.

Onun sözlərinə görə, Əsgər Akayev müraciətində hakimiyyətin könüllü keçməsi və onun eks-prezident statusundan məhrum edilməsinin qanunsuz olması faktı barədə geniş məlumat verib.

Xatırladaq ki, Əsgər Akayev 2005-ci ilin martında xalq iğtişaşları zamanı Moskvaya qaçıb. Joqorku Keneşin beş deputatından ibarət parlament komissiyası Qırğızıstanın Rusiyadakı səfirliyində Akayevlə danışıqlar aparıb. Bundan sonra Akayev istefa ərizəsi yazıb. Daha sonra bəyanat Joqorku Keneş tərəfindən qəbul edilib.

Əli Babayev

Избранный
71
sia.az

1Источники