RU

Dortmundu tərk etdi

Sebastyen Alle Almaniyadan İspaniyaya yollanıb.

"Football-plus.az" xəbər verir ki, “Borussiya” (Dortmund) futbolçusunu icarəyə verib. 30 yaşlı hücumçu “Leqanes”ə keçib. Alle İspaniya klubu ilə müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Afrikalı futbolçu “Borussiya”da 2022-ci ildən çıxış edir. Sebastyen ötən mövsüm komandada 19 matçda iştirak edib və 3 qol vurub.

Избранный
149
football-plus.az

1Источники