Cəlilabad rayonunda üzüm bağlarından məhsul yığımı davam edir, məhsulun qiyməti kəskin ucuzlaşıb.
Hal-hazırda rayonda 1 410 hektar üzüm bağı var. Ondan 1 375 hektarı bar verən bağdır.
Bu günə qədər bağlardan 7 600 ton məhsul əldə olunub. Əldə olunan məhsulun 248 tonu Rusiya bazarlarına ixrac olunub.
Fermerlərin sözlərinə görə, yığımın əvvəlində məhsulun qiyməti növündən asılı olaraq bir kiloqramı 1-1.50 manat arasında dəyişib. Lakin indi məhsulun qiyməti 0.60-0.70 qəpiyə qədər ucuzlaşıb.