RU

Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ

Sentyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb.

QAZÌLER.AZ   Publika.az-a istinaden  verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Sentyabrın 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

 

 

Избранный
179
49
qaziler.az

10Источники