RU

Çin Ayı süni intellektlə öyrənəcək

Çində Ay məlumatlarının emal sürətini əhəmiyyətli dərəcədə artırmaq məqsədilə dünyanın ilk peşəkar, multimodal böyük süni intellekt modeli (LLM) yaradılıb. “Sinxua” agentliyi xəbər verir ki, yeni model Çin Elmlər Akademiyasının Geokimya İnstitutu və “Alibaba” bulud kəşfiyyat qrupu tərəfindən təqdim edilib.

Geokimya İnstitutunun tədqiqatçısı Lyu Ji­ançjonqun dediyinə görə, diametri 1 kilometrdən çox olan 1 milyondan artıq Ay krateri və saysız-hesabsız kiçik kraterlər var. O əlavə edib ki, təkcə işçi qüvvə­sinə güvənsək, bütün Ay kraterlərini öyrənmək müm­kün olmayacaq.

Tədqiqatçılar indi yalnız Ay kraterinin şəklini daxil etməklə LLM-nin köməyi ilə onun forması­nı, ölçüsünü və yaşını müəyyən edə biləcək. Çinli alimlər bildirirlər ki, burada dəqiq­lik əmsalı 80 faizdən çoxdur. Onların fikrincə, planetar elmin tərəqqisi və inki­şafı iki amildən - dərin kosmosun tədqiqi texnologiyasının inkişafı və məlumatların iş­lənməsi və tətbiqi səviyyələrindən asılıdır. Böyük mə­lumatlar əsasında aparılan tədqiqatlar elmin və texno­logiyanın inkişafı prosesini dəyişdirir. Lyu Jiançjonq deyib: “LLM çox yüksək IQ-ya malik uşaq kimidir. Biz onun böyüməyə davam etməsinə icazə verəcəyik və bu, gələcək elmi tədqiqatımıza kömək edəcək”.

XQ

Избранный
194
xalqqazeti.az

1Источники