RU

Millimiz Slovakiyaya qarşı – YENİLƏNİR

Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə Slovakiya millisi ilə üz-üzə gələcək.

“Koşitse Futbol Arenası”nda  keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan millisi ilk turda İsveçə 1:3 hesabı ilə uduzub. Bu, komandanın Santuşun rəhbərliyi altında ilk oyunu olub. Slovakiya seçməsi isə ilk matçında Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.

Millətlər Liqası
C liqası, 1-ci qrup

8 sentyabr

20:00. Slovakiya – Azərbaycan
Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa)
“Koşitse Futbol Arenası”.

Slovakiya: Martin Dubravka, Norbert Dyomber, Milan Şkrinyar, Adam Obert, David Hanzko, Stanislav Lobotka, Ondrey Duda, Yuray Kuçka, Tomaş Suslov, Lukaş Haraslin, David Streleç

Azərbaycan: Mehdi Cənnətov, Rahil Məmmədov, Bədavi Hüseynov, Amin Seydiyev, Elvin Cəfərquliyev, Elvin Camalov, Aleksey İsayev, Emil Mustafayev, Toral Bayramov, Ozan Can Kökçü, Renat Dadaşov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
4
futbolinfo.az

4Источники