RU

Çin “Tesla”-nın ən güclü və ucuz rəqibini təqdim edib-FOTO

Yeni satışa çıxarılan və Çin istehsalı olan “Xpeng” avtomobilini daha çox “Tesla” modelinə bənzədənlər yeganə fərqin bu maşının qiymətinə görə daha sərfəli, yəni ucuz, keyfiyyətli olmasında görürlər.

“Xpeng” modelindən olan müasir “Mona M03” elektrik sedanının təqdimatı ancaq maşın həvəskarlarının içində yox, həm də iş adamları, avtomobil mütəxəssislərinin arasında da böyük səs-küy yaradıb. Belə ki, öncə diqqəti cəlb edən yeni modelin qiyməti olub. Mütəxəssislərin fikrinə görə ilk dəfə Çin avtomobili “Tesla Model 3”-ü maşın bazarında gözlənilmədən çox çətin vəziyyətə qoyub və qiymət baxımından bu avtomobilin yarı qiymətinə düşüb.

Bununla belə, əksəriyyət belə rəydədirlər ki, avtomobillərin arasında elə də böyük fərq yoxdur.

Çin maşını Amerika istehsalı olan “Model 3”-dən bir qədər böyükdür: ölçüləri 4780 x 1896 x 1445 mm, lakin bu avtomobilin təkər bazası 2815 mm-dir. Ancaq “Tesla” və “Xpeng” avtomobil kimi hər ikisi daha çox minimalizmə meyllidir, onlar oxşardır, yaxud da artıq heç nə ehtiva etməyən bir daxili dizayna malikdirlər. Burada diqqət həm maşının idarəetmə mərkəzinə, eləcə də multimedia rolunu oynayan müasir və 15,6 düymlük sensor ekrana yönəlib.

Çinin yeni model avtomobili olan “Xpeng Mona M03”-ün standart avadanlığına bir cüt millimetr dalğalı radar, həmçinin 12 ultrasəs sensoru və pilotsuz idarəetməni təmin edən 7 kamera daxildir. Üstəlik də burada bütün mümkün parketmə üsulları 100% yerinə yetirilir, quraşdırılmış müasir avtopilot sistemi isə hər bir yoldakı çətin və ən mürəkkəb vəziyyətləri yanılmadan 95% həll edə bilir.

Ümumilikdə, “Mona M03” -ün mühərrik gücü, akkumulyator tutumu və müvafiq olaraq güc ehtiyatı ilə fərqlənən daha üç versiyası hazırlanmışdır. Qiyməti 16 800 dollar olan əsas versiya əslində müştəri üçün ən münasib hesab edilir, lakin üst, həm də qismən bahalı versiyanın qiyməti isə təxminən 22 000 dollardır.

Çin avtomobil sənayesinin müasir və yeni uğuru hesab edilən “Xpeng” məhsulunun populyar olacağı artıq bu gün çox aydın görsənir. Təqdimatdan sonrakı ilk saatda ” Xpeng Mona M03″ üçün 10 000-ə yaxın əvvəlcədən sifariş qəbul edilib.

Oqtay Qorçu

Избранный
232
16
azpost.info

10Источники