Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann Millətlər Liqasının qrup mərhələsinin ilk turunun Macarıstan yığması ilə matçında 5:0 hesablı qələbədən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunu belə şərh edib:
“İlk dəqiqələrdə səliqəsiz futbol göstərdik, ötürmələrimizdə səhvlər oldu. Lakin sonradan komandamız bu sahədə üstünlük təşkil etməyə başladı.
Komandamız oyuna mükəmməl nəzarət etdi və çoxlu qol imkanları yaratdı. İlk hissədə daha çox qol vura bilərdik.
Nəticəyə daha erkən qərar vermək üçün biz “qatil” instinktini inkişaf etdirməliyik”.
İkinci turda Almaniya millisi səfərdə Niderland yığması ilə qarşılaşacaq.