RU

AMB “5A Construction” MMC-yə cərimə yazıb

Azərbaycan Mərkəzi Bankı (AMB) “5A Construction” MMC-yə cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, AMB şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib və iş hakim Vüsal Qurbanovun icraatına verilib.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “5A Construction” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Elşən Qərib oğludur.

Избранный
105
18
iqtisadiyyat.az

10Источники