İndoneziyanın Şimali Sulavesi əyalətində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 679 min nəfərin yaşadığı Filippinin Sarangani şəhərindən 262 km cənub-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.