RU

İranın “Zəngəzur” alverinin şok pərdəarxası: “Şərqə Baxış”dan “Qərbə Baxış”a doğru

İran Zəngəzur dəhlizinin Ermənistanın ərazi bütövlüyünü pozacağını iddia edir. Halbuki, bizim tələbimiz Zəngəzur dəhlizinin torpaq parçası olaraq Azərbaycana verilməsi deyil. Anklavlara dəhlizlərin verilməsi dünyanın bir çox yerində yaşanan təcrübədir. Bəs, İran bu həqiqəti niyə anlamaq istəmir? Minillik təcrübəyə malik olan bir dövlət niyə özünü bu cür qeyri-ciddi aparır? Yoxsa, həqiqətən də bildiyi başqa mətləblər var?
 
Moderator.az bildirir ki, musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz İranın minillik dövlət təcrübəsinə malik olması barədə iddialarla razılaşmır:
 
“Dövlətlərin təcrübəsi onların hökm sürdüyü coğrafiyanın tarixi ilə bağlı deyil. O tarixin hansı qisminin varisi olması ilə bağlıdır. Sözsüz ki, İran minillər boyu böyük imperiyaların yarandığı coğrafiya olub. Amma İran İslam Respublikası bir inqilab nəticəsində qurulan dövlətdir. Belə dövlətlər adətən keçmiş irsləri tamamilə kəsib atır və yeni sistem yaradırlar. Odur ki, keçmiş tarixlərindən ciddi mirasları əxz etmirlər. İranın cəmi-cümlətani 40 illik dövlət təcrübəsi var. Və təcrübə yanlış strategiyalara söykənib və bunu ölkənin indiki hakimiyyəti də vaxtaşırı xarici siyasətini dəyişdirir”.
 
O ki qaldı İranın özünü qeyri-ciddi aparmasına, Heydər Oğuz bunu şüurlu şəkildə yürüdülən xarici siyasətlə əlaqələndirir:
 
“Ümumiyyətlə, İranın xarici siyasətində tez-tez bu cür “qeyri-ciddilikdən doğan anormallıq”larla qarşılaşırıq. Fikrimcə, İranın yaşı minillərlə ölçülən diplomatik təcrübələrdən əxz etdiyi yeganə dəyər bu hiyləgərlikdir. Biz bu hiyləgər manevrlərlə İranın bir çox xarici siyasətlərində tanış olmuşuq. Məsələn, Qərb dövlətləri ilə apardığı nüvə müzakirələrində özünü cahilliyə vurub vaxt qazanıb. Tehranın Zəngəzur dəhlizi ajiotajında əsas hədəfi isə Qərbə yaxınlaşmaq xətrinə Rusiya ilə münasibətləri pozmaq, ABŞ-a “mən öz səhvimdən geri dönmək istəyirəm, buna şərait yaradın” mesajı verməkdir.
 
Heydər Oğuzun fikrincə, bu tendensiya xüsusilə son dövrlər İranın yürütdüyü bütün siyasətlərdə özünü göstərir:
 
f5ce6e2915e7ae1d337069f920b9ef3e (1).jpg (101 KB)
 
“Məlum olduğu kimi, İranda prezident vəzifəsinə islahatçı kimi təqdim olunan Məsud Pezişkiyan gətirildi. Bu, İranın Qərbə verdiyi ilk mesaj idi. Ardınca da Rusiyaya pilotsuz təyyarələr və qısamənzilli raketlər verdi. Və bunu elə verdi ki, ABŞ həmin silah nəqlini gördü. ABŞ-la arasında mübahisələr yarananda isə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əhməd Baxşayiş Ərdəstani ortaya çıxdı və Rusiyaya raket, pilotsuz təyyarələr göndərdiklərini etiraf etdi. Bunu onunla əsaslandırdı ki, ABŞ-ın tətbiq etdiyi embarqolar İranı istər-istəməz Rusiya ilə əməkdaşlığa sürükləyir. Görün, vəziyyət nə həddə çatıb ki, biz Rusiyaya silahlar verib ondan lobya və qarğıdalı alırıq. Yəni acından öldüyümüzdən bu addımı atmağa məcburuq. Elə vəziyyətdəyik ki, itirəcəyimiz heç nə qalmayıb. İran deputatının bu sözləri açıq şəkildə “biz sizinlə dost olmaq istəyirik, bu lütfü bizə çox görməyin” anlamına gəlir.
 
Bənzər hiyləgərlik mesajının Zəngəzur dəhlizi məsələsində də verildiyini iddia edən Heydər Oğuzun fikrincə, bunun ən bariz nümunəsi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Həşmətullah Fəlahətpişənin mövzu ilə bağlı fikirləridir.
 
"Fəlahətpişə Zəngəzur dəhlizi ilə bağlı mətbuata verdiyi açıqlamasında Rusiyanın bu dəhlizlə bağlı siyasətini “Putinin İranın yeni hökuməti ilə ABŞ arasında rabitə kanallarının yaradılması ehtimalının qarşısını almaq üçün qabaqlayıcı hücum” kimi qiymətləndirib. Fəlahətpişənin sözlərinə görə, Rusiya Zəngəzur dəhlizi məsələsindən İrana təzyiq vasitəsi kimi istifadə etməyə və “İranın regional siyasətdə qırmızı xətlərini görməməzliyə vurmağa” çalışıb. Moskvanı İranı mühasirəyə almağa üstünlük verdiyi vurğulayan deputat deyib ki, “İranla Qərb arasında gərginliyin azalması Rusiya üçün qorxulu yuxudur”. Bir-sözlə, açıq-aydın şəkildə ABŞ-a him-cim edib. Bununla da kifayətlənməyib, İran dini lideri Əli Xamneyinin də bostanına daş atıb. Xamneyinin həyata keçirməkdə israr etdiyi “Şərqə Baxış” strategiyasının “İran Konstitusiyasına zidd” olduğuna vurğulayan deputat, xatırladıb ki, “son prezident seçkilərində xalqın hakimiyyətə əsas mesajı Qərblə gərginliyi azaltmaq və asılılığa son qoymaq idi. Fəlahətpişə onu da qeyd edib ki, Rusiya həmişə öz milli maraqlarına uyğun hərəkət edir və “qütbləşmə” siyasəti ilə İranı Qərblə, xüsusən də ABŞ-la üz-üzə qoymağa çalışır”.
 
Heydər Oğuzun fikrincə, İran Zəngəzur dəhlizinə qarşı çıxış və Rusiyaya silah göndərməsi siyasəti ilə ABŞ-ı bir tərəfdən şantaj edir, digər tərəfdən isə ona “Şərqə Baxış” strategiyasından vaz keçib sənin yanına qayıda bilərəm” mesajı verir:
 
“Qeyd edim ki, Fəlahətpişənin Xamneyinin “Şərqə Baxış” strategiyasını İran Konstitusiyasına zidd sayması təsadüfi deyil. Həqiqətən də Xumeyni 1979-cu ildə indiki İran İslam Respublikasını quranda “Nə Qərb, nə Şərq” strategiyasını əldə rəhbər tutmuşdu. Amma indiki İran dini lideri Xamaneyi hakimiyyətə gəldikdən sonra bu strategiyanı “Hərdən Qərb, hərdən Şərq” strategiyasına çevirdi. İslahatçıları hakimiyyətə gətirib ABŞ-la sövdələşməyə başlayanda “Qərbə Baxış”, Çin və Rusiyanın qoltuğuna sığınanda isə “Şərqə Baxış” strategiyasını ortaya atdı. Tramp hakimiyyətə gəlib İranla bağlanan P5+1 sazişindən geri çəkiləndən dərhal sonra isə, yəni 2018-ci ildən bu yana İran “Şərqə Baxış” strategiyasına köklənib. İndi isə Rusiyanın çöküşü və iqtisadi cəhətdən İrana heç bir şey verə bilməyəcəyi ortaya çıxıb. Çin də artıq ona əvvəlki kimi etibar etmir, Qərbə kommunikasiya məsələsində İrandan yan keçən Orta dəhlizə üstünlük verir. Bu vəziyyətdə İran yenidən “Qərbə Baxış” strategiyasına yönəlməyə can atır, özünün Çin və Rusiya ilə əlaqələrini hərraca çıxarır. Onun Zəngəzur dəhlizi ilə bağlı manevrləri də məhz bu siyasətə qulluq edir”.
 
Избранный
125
34
moderator.az

10Источники