RU

Həbsxanalar dolu olduğuna görə məhbuslar azadlığa buraxılacaq

Həbsxanalardakı sıxlığı azaltmaq üçün İngiltərə və Uelsdə təxminən 1750 məhbusun vaxtından əvvəl azad ediləcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

Bildirilir ki, həbsxanalarda həddindən artıq sıxlığı azaltmaq üçün nəzərdə tutulmuş planın bir hissəsi olaraq terrorizm cinayətləri və məişət zorakılığı ilə bağlı bəzi cinayətlər istisna olmaqla, təxminən 1750 məhbusun vaxtından əvvəl azad ediləcək. 

Beləliklə, 5 ildən az müddətə azadlıqdan məhrum edilən cinayətkarlar cəzalarının yarısını deyil, 40 faizini başa vurduqdan sonra azadlığa çıxacaqlar. 

Gülayə Mecid 

Избранный
93
22
unikal.az

10Источники