RU

Macarıstan Ukrayna üçün ayrılan pulu bu ölkəyə göndərəcək

Macarıstan Ukraynaya yardım və silah vermək əvəzinə, Avropa Sülh Fondundan aldığı vəsaiti Çadın müdafiəsinə dəstək üçün köçürməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Biz bu 14 milyon avronu Çadda təhlükəsizliyi gücləndirmək, ordu zabitlərini hazırlamaq və ölkənin silahlı qüvvələrinin imkanlarını artırmaq üçün yeni təhsil müəssisəsi yaratmaq üçün istifadə etmək qərarına gəldik”, - Siyarto qeyd edib.

O, belə bir təklifin sentyabrın 26-da Avropa İttifaqının Daimi Nümayəndələr Şurasında müzakirə olunacağını deyib. “Ümid edirik ki, bu təklif qəbul olunacaq”, - deyə siyasətçi əlavə edib.

Избранный
126
50
publika.az

10Источники