Rusiya Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ABŞ prezidentlik kürsüsü uğrunda aparılan Tramp-Harris debatını “Titanik”dəki boks qarşılaşması ilə müqayisə edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Sözçü belə bir yarış bitdikdən sonra insanların kimin qalib gəldiyini müzakirə etdiyini təsəvvür etməyi təklif edib.
"Bunun əhəmiyyəti varmı? Aysberqə çırpınmağa 15 dəqiqə qalıb. ABŞ fəlakətə doğru gedir. Dünyanın qalan hissəsi isə özünü xilas etməyə çalışır", – Rusiya XİN nümayəndəsi qeyd edib.
Xatırladaq ki, ötən gecə ABŞ-də prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisin seçkiqabağı debatlarının birinci mərhələsi baş tutub. Ddebat ABC kanalında canlı yayımlanıb.
Keçmiş prezident Donald Tramp təxminən 42 dəqiqə 52 saniyə, vitse-prezident Kamala Harris isə təxminən 37 dəqiqə 36 saniyə danışıb
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта