RU

"Qalatasaray" İngiltərə klubunun 25 milyon avroluq təklifini qəbul etməyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyə nəhənglərindən olan "Qalatasaray" İngiltərənin "Nottingem Forest" klubunun Barış Alper Yılmaz üçün göndərdiyi 25 milyon avroluq təklifini qəbul etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə futbolçunun meneceri Tuncay Maldan məlumat verib.
O, "Nottingem Forest"in türkiyəli futbolçuya 25 milyon avro təklif etdiyini bildirib. İngilislər transfer pəncərəsinin son günündə keçidi reallaşdırmağa çalışıblar. Amma "Qalatasaray" aparıcı oyunçusunu satmaq istəməyib.
Qeyd edək ki, Barış "sarı qırmızı" formada 114 oyunda 13 qol vurub, 14 ötürmə edib.
Избранный
139
50
oxu.az

10Источники